Messinin gündəmi zəbt edən bu videosu saxta çıxdı
Messinin sosial şəbəkələrdə yayılan Argentinanın yeni prezidenti Xavyer Mileyə dəstək ifadə etdiyi videonun saxta olduğu ortaya çıxıb.
Aut.az xəbər verir ki, bu barədə “Larazon” məlumat yayıb .
Sözügedən videoda Messi Argentinadakı siyasi vəziyyət və qeyri-sabitlik haqqında ehtirasla danışır. Sonradan aparılan araşdırmalar nəticəsində videodakı görüntülərin futbolçunun ölkəyə qayıtmamaq qərarının səbəblərini açıqladığı 2017-ci ildə verilən müsahibəyə uyğun olduğu təsdiqlənib.
Xavyer Miley dünya tarixində ilk liberter prezident olob. O, abortun, böyük inflyasiyaya görə Mərkəzi Bankın ləğvinin, ölkənin ABŞ dollarına keçməsinin, ABŞ və İsrailin xeyrinə Çin, Braziliya və Rusiya ilə əməkdaşlıqdan imtinanın tərəfdarıdır.
Bundan əlavə, Miley Argentinanın BRİKS-ə qoşulmasına qarşıdır.
Aut.az
