Dünya futbolu

“Krasnodar”lılar nəticə verir, bu, Musayevin xidməti deyil – İDDİA

Sabiq futbolçu Aleksandr Kanişev Murad Musayevin “Krasnodar”dakı işindən danışıb.

Aut.az xəbər verir ki, Kanişev komandanın nəticə verməsində Musayevin əməyinin olmadığını iddia edib.

“Musayevin İviçlə əvəzlənməsi “Krasnodar”a fayda vermədi – Qalitski özü çempionluğu əlindən buraxdı.  Əminəm ki, İviç komandanı istənilən uğura aparacaqdı.

İndi “Krasnodar”da yaxşı oyunçu seçimi var. Məşqçi çox vacib fiqurdur, amma hər şeyi o həll etmir. Məşqçi çox yaxşı ola bilər, amma onun oyunçuları və materialları yoxdursa, o zaman hansı vəzifələrdən və məqsədlərdən danışa bilərik? “Krasnodar”lılar nəticə verir, bu isə Musayevin xidməti deyil. Bəs uzunmüddətli perspektivdə nə olacaq? – Kanişev “Çempionat”ın müxbiri Vladislav Kruqlovla söhbətində deyib.

Aut.az