Dünya futbolu

Karyerasının ən çətin nailiyyəti: Mourinyo Səudiyyədə etiraf etdi

Əfsanəvi portuqaliyalı baş məşqçi Joze Mourinyo Səudiyyə Ərəbistanında keçirilən sammitdə çıxış edib.

Aut.az xəbər verir ki, Mourinyo karyerasının ən çətin nailiyyəti haqda sualı cavablandırıb. La Liqada “Real”la 100 xal toplamaq və ya “Çelsi” ilə Premyer Liqanı qazanmaq? Yox, “xüsusi” tamamilə fərqli cavab verib:

“Ən çətini “Roma”nı iki avrokubok finalına çıxarmaq idi. Tarixə baxın və bunun səbəbini anlayacaqsınız. 50 il ərzində heç vaxt bunu etməyiblər. Hamısı nöqteyi-nəzərdən və şərtlərdən də asılıdır.

Bu, “Roma” üçün tarixən qeyri-mümkün idi və biz bunu ardıcıl iki dəfə etdik. Ona görə də üçüncü mövsümdə məni işdən çıxardılar”.

Mourinyo “Roma”nı Konfrans Liqasında “Feyenoord”u 1:0 hesabı ilə məğlub edərək qələbəyə aparıb, daha sonra “Roma”nı Avropa Liqasının finalına çıxarıb, İtaliya klubu “Sevilya”ya penaltilər seriyasında uduzub.

Aut.az