Formula 1

Qətərdə Ferstappen qalib gəldi: Çempion Əbu-Dabidə müəyyənləşəcək

“Red Bull” komandasının pilotu Maks Ferstappen 2025 Formula 1 mövsümünün 23-cü turu olan Qətər Qran Prisinin qalibi olub.

Aut.az xəbər verir ki, Lusail trassında “Maklaren” komandasının pilotu Oskar Piastri olub. İlk üçlüyü “Uilyams” komandasının üzvü Karlos Sayns tamamlayıb.

Çempionatın lideri, “Maklaren” komandasının pilotu Lando Norris 4-cü olub və sürücülərin çempionatında erkən qələbəni təmin edə bilməyib.

2025 Formula 1 çempionu dekabrın 7-də Əbu-Dabidə keçiriləcək final Qran Pridə müəyyənləşəcək.

Aut.az