Ştaynerin Ferstappenə dedikləri aranı qatdı – atası cavab verdi
Formula 1 komandasının keçmiş rəhbəri Günter Ştayner “Red Bull” pilotu Maks Ferstappeni tənqid edib.
Aut.az xəbər verir ki, o, bu barədə “The Red Flags” podkastında bildirib.
“Maks Ferstappen podiuma çıxdığı üçün daha xoşbəxt idi. Düşünürəm ki, qalib gəlsəydi, həqiqətən xoşbəxt olardı və bunlar indiyə qədərki ən yaxşı qaydalar olardı. Hər halda, sadəcə olaraq bu qaydalarla bağlı emosional olaraq Maksın tərəfində olduğumuzu bildirmək istədim.”
Bu açıqlama Maks Ferstappenin Kanada Qran Prisində podiuma çıxması və Formula 1-in yeni qaydalarını tənqid etməsi ilə əlaqədardır.
Ştayner həmçinin əlavə edib ki, niderlandlı pilotun açıqlamaları komanda üçün ən yaxşı mühərriki əldə etmək üçün “siyasi oyun”dur.
“Aydındır ki, yarışdan sonra Maks mətbuata gedib deməli idi ki, ‘Bilirsiniz, mən hələ də onları çox sevmirəm, bəlkə də bir az… amma yenə də qaydaları dəyişdirmək istəyirəm”.
Bu, onun siyasi oyunudur: mühərrik qaydalarında dəyişikliklərə nail olmaq. Axı, məsələ təkcə sürücülük zövqü ilə bağlı deyil; əsas məqsəd mühərriklərdəki üstünlüyünü qorumaqdır.
Axı ADUO işə salınarsa, digər komandalar fərqi azaltmaq şansına sahib olacaqlar. Lakin, qaydalar dəyişərsə, hamı yenidən bərabər start heyətində olacaq. Bu, onlara daha böyük üstünlük qazanmaq və nəticədə Maksı daha xoşbəxt etmək imkanı verir”.
Ferstappenin atası Yos Ferstappen Ştaynerin açıqlamalarına “X”də cavab verib:
“Salam, Günter. Danışığından niyə artıq Formula 1 komandasının rəhbəri olmadığını başa düşürəm”.
Maksın “Nürburqrinqin 24 saatı”ndakı komanda yoldaşı Dani Hunkadelli də onu dəstəkləyib.
“Oğlan 2023-cü ildən bəri hər kəsi yeni qaydalar barədə xəbərdar edir, amma “MotoGP”-də “Tech 3” komandasını ələ keçirən konsorsiumun rəhbəri daha yaxşı bilir”.
Maks ferstappen Kanada Qran Prisində səkkizqat dünya çempionu Luis Hemilton və “Mercedes” pilotu Andrea Kimi Antonellidən sonra üçüncü yeri tutmuşdu.
Aut.az
