Formula 1

Formula 1 sınaqlarında qəribə hadisə: Avtobusun trekdə nə işi var?

Formula 1-in mövsümöncəsi sınaqlarının son günündə qeyri-adi səbəbə görə qırmızı bayraqlarla dayandırılıb.

Aut.az xəbər verir ki, günorta sessiyası başlayandan dərhal sonra trasda avtobusun görünüb. Bu səbəbdən sessiya dayandırılıb. Lakin fasilə qısa çəkib. Avtobus yolu tərk etdikdən sonra sessiya davam etdirilib.

Səhər isə hakimlər qülləsinin şüşəsinin sınması səbəbindən sessiya qısa müddətə dayandırılıb.

Xatırladaq ki, fevralın 26-dan 28-dək Bəhreyndə Formula 1-in mövsümöncəsi sınaqları keçirilib. Yeni Formula 1 mövsümü martın 16-da Avstraliyada başlayacaq.

Aut.az

Formula 1 sınaqlarında qəribə hadisə: Avtobusun trekdə nə işi var?