Antoninin “Liverpul”a transferinə nə mane olub?
“Betis” klubunda icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Antoni maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, 2022-ci ildə “Ayaks”dan “Liverpul”a keçməyə yaxın olduğunu açıqlayıb.
Həmin vaxt Məhəmmmed Salahın mersisaydlıları tərk edəcəyi gözlənilirdi, lakin o, müqaviləsini uzadıb və klub daha Antoniyə ehtiyac duymayıb:
“Liverpul”la müqavilə imzalamağa çox yaxın idim, amma sonunda nə olacağını heç kim bilmirdi. Mən “Mançester Yunayted”ə keçdim və orada gözəl anlar yaşadım. Bu da yaxşı seçim idi.
Salah uzun müddətdir fantastik işlər görən inanılmaz oyunçudur. O, müstəsna futbolçudur. Hazırda onun dünyanın ən yaxşısı olub-olmadığını bilmirəm, amma o, şübhəsiz ki, ən yaxşılardan biridir və “Qızıl top” üçün ciddi namizəddir”.
Aut.az
