İngiltərə

Premyer Liqa qalmaqalla başladı: Hakim təmiz qolu saymadı, VAR müdaxilə etmədi

Avqustun 18-də Premyer Liqanın 2024/25 mövsümünün 1-ci turunda “Brentford” və “Kristal Pelas” komandaları qarşılaşıb.

Aut.az xəbər verir ki,  görüş Londonun “Brentford Community Stadium”unda baş tutub. Oyun “arılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 27-ci dəqiqədə Ebereçi Ezeni açıb. Lakin hakim hücum zamanı kobudluq qeydə aldığı üçün qolu ləğv edib. Amma sonradan məlum oldu ki, orada heç bir kobudluq olmayıb.

Premyer Liqa Əməliyyat Mərkəzi “X”-də  VAR-ın mübahisəli epizodda niyə müdaxilə etmədiyini izah edib:

“Hakim Hyuzun Kollinsə qarşı kobud oyununa görə “Brentford”un lehinə cərimə zərbəsi təyin etdi. Top qapıya daxil olmamışdan əvvəl fit çaldı, ona görə də VAR müdaxilə edə bilməz və hakimin qərarı qüvvədə qalır”, – bəyanatda deyilir.

Aut.az