İngiltərə

Tuxel Bellinqemi milliyə niyə çağırmayıb? – Hesab edirəm ki…

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel jurnalistlərin suallarını cavablandıraraq, niyə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemi oktyabr oyunları üçün heyətə dəvət etmədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Üç həftə əvvəl bizim ən yaxşı toplanışımız oldu, mənim işim dövründə ən yaxşı nəticə göstərdik. Niyə eyni komanda ilə qalmamalıyam?

Bellinqemlə daha güclü komanda olacağımızı düşünürəmmi? Bəli. O, dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. Amma hesab edirəm ki, son toplanışda başqa həll yolları tapdıq və bu, daha çox həmin toplanışda başladığımızın davamı ilə bağlıdır, nəinki ayrı-ayrı oyunçulardan asılılıqla.

Əlbəttə, sizin niyə Cuda bu qədər diqqət ayırdığınızı başa düşürəm. Hər şeydən əvvəl, o, xüsusi oyunçudur və xüsusi futbolçular üçün həmişə ayrıca qaydalar ola bilər. Mən bunu anlayıram. O, həmişə komandada olmağa layiqdir. Onu çağırmaq olardı və özü də bunu istəyirdi. Biz zəng etdik. Bu tərəfdən heç bir problem olmayıb”.

Aut.az