İngiltərə

Özbək futbolçunun “Siti”yə keçidi yekunlaşır

Özbəkistan millisinin və “Lansı”ın müdafiəçisi Abdukodir Xusanov “Mançester Siti”yə keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano məlumat verib.

Romanonun sözlərinə görə, Abdukodir Xusanov qış transfer pəncərəsində “Mançester Siti”nin müdafiəsini gücləndirmək üçün Pep Qvardiolanın əsas hədəfinə çevrilib. Futbolçunun “Siti”nin düşərgəsinə transferi ilə bağlı danışıqlar inkişaf mərhələsindədir.

Xusanov 2023-cü ildən “Lans”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm Xüsanov “Lans”ın heyətində bütün turnirlərdə 16 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Aut.az