“Liverpul”un ulduzu heyranedici gözələ evlilik təklif etdi: Bu cavabı aldı – FOTO
“Liverpul”un və Macarıstan millisinin yarımmüdafiəçisi Dominik Soboslai subaylığın daşını atmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, ulduz futbolçu macar model Borka Buzsikə evlilik təklifi edib və qız razılaşıb.
Cütlüyün münasibətləri bu il mayın sonunda, Borka sevgilisi ilə görüşmək üçün “Enfild”ə gələndə ictimaiyyətə məlum oldu. Sonra münasibətlər inkişaf etdi: qız Avro 2024-də sevgilisini dəstəkləməyə getdi.
Bu, 23 yaşlı futbolçunun ilk evliliyi olacaq.

