Məğlubiyyətə görə bu iki futbolçunu günahlandırdı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Vulverhempton”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Aut.az xəbər verir ki, Pep məğlubiyyətə görə iki futbolçunu günahlandırıb.
“Biz prosesi düzgün qurmadıq: daha rəvan hücum etməliydik, keçid mərhələlərində bir az çətinlik çəkdik. Rəqib bu qədər yaxşı müdafiə olunanda Kovaçiç və ya Ruben mərkəz müdafiəçilərinə hücum etməli idilər, amma etmədilər. Ona görə də daha çətin oldu. Biz bilirdik ki, onlar bütün vəziyyətlərdə çox yaxşı müdafiə olunacaqlar.
Kim məsuliyyəti üzərinə götürdüsə – Hvan Hi Çan, Mateus Kunya və ya Pedro Neto – hamısı topu nəzarətdə yaxşı saxladılar, driblinq, ötürmə etdilər. Onlar fantastik idilər, deyərdim ki, top komandadırlar”, – deyə Qvardiolanın sözlərini “Daily Mail” sitat gətirib.
Aut.az
