Dünya futbolu

37 yaşlı Halkdan möhtəşəm qol – VİDEO

“Atletiko Mineyro”nun hücumçusu Halk Braziliya çempionatının 25-ci turunda “İnternasional”la keçirilən oyunda baxımlı qol vurub.

Aut.az xəbər verir ki, 37 yaşlı futbolçu 73-cü dəqiqədə aşırma zərbə ilə topu tora göndərib.

Qarşılaşma “Atletiko”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu mövsüm 37 yaşlı Halk 47 oyun keçirib, 23 qol vurub və 9 məhsuldar ötürmə verib.

Aut.az