Dünya futbolu

Qocalmaq bilmir: 75 yaşında karyerasında ilkə imza atdı

Şotlandiyanın “Aberdin” klubu Nil Uornokun baş məşqçi təyin olunduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, Uornok 2023-cü ilin sentyabrında Haddersfilddən ayrıldıqdan sonra işsizdir. 75 yaşlı mütəxəssis 2023/24 mövsümünün sonuna qədər “Aberdin”də qalacaq.

“Qırmızlar” Uornokun İngiltərədən kənarda ilk işi olacaq.

Uornok 1981-ci ildən İngiltərənin 15 müxtəlif klubunda məşqçi kimi çalışıb. Onun məşqçi kimi 1952 oyunu var.

“Aberdin” Şotlandiya çempionatının cədvəlində 8-ci sırada qərarlaşıb.