Daha bir ulduz məhkəmə qarşısına çıxır: Cinsi təcavüz
“Betis” və Portuqaliya millisinin futbolçusu Vilyam Karvalyo təqsirləndirilən şəxs olduğu zorlama işində ifadə vermək üçün Sevilya məhkəməsinə gələcək.
Aut.az xəbər verir ki, bu barədə “OK Daily” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ötən ilin avqustunda 31 yaşlı futbolçu Madriddə olarkən bir qızı otel otağına dəvət edib, orada onu qadağan olunmuş maddələrdən istifadə etməyə inandırıb, bundan sonra ona qarşı cinsi xarakterli zorakılıq hərəkətləri edib. Vurğulanır ki, Karvalyo məhkəməyə gəlməsə, ona qarşı həbs cəzası tətbiq oluna bilər.
Xatırladaq ki, yarımmüdafiəçi 2018-ci ildən “Betis”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 195 matçda iştirak edib, 10 qol vurub, 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 6 milyon avrodur.
Aut.az
