“Mançester Yunayted” onun üçün nəhənglərlə yarışacaq
“Mançester Yunayted” yarımmüdafiəçi Adrien Rabionu heyətinə qatmağa hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Ötən mövsümün sonunda “Yuventus”dan ayrılan 29 yaşlı fransız sonra agent statusuna sahibdir. Rabio 2019-cu ildən Turin komandasında çıxış edir. O, klubda 212 oyun keçirib, 22 qol vurub və 15 məhsuldar ötürmə edib.
“Foot Mercat”ın məlumatına görə, Rabio eyni zamanda “Real”, “Barselona” və “Milan” kimi klubların da maraq dairəsindədir.
Aut.az
