İngiltərə

Onu qovsalar, bu qədər kompensasiya ödəyəcəklər

“Tottenhem” UEFA Avropa Liqasını qazanmasına və gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmasına baxmayaraq, baş məşqçi Angelos Postekoğlu klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, İngiltərə mətbuatının iddiasına görə,  London klubunun rəhbərliyi çempionatındakı qeyri-qənaətbəxş nəticələrə görə məşqçi ilə yollarını ayırmaq qərarına gələ bilər.

Xatırladaq ki, “Tottenhem” mövsümü 17-ci pillədə başa vurub. Postekoğlunun komandası 38 oyunda 38 xal toplayıb. “The Telegraph” yazır ki, məşqçinin klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir və vaxtından əvvəl xitam veriləcəyi təqdirdə 5 milyon dollar məbləğində təzminat almaq hüququna malikdir. Məşqçi, komanda 2008-ci ildən bəri ilk kubokunu qazandığı üçün daha 3 milyon dollar bonus almalıdır.

Aut.az