Vardi bu rekordu təkrarladı
Mayın 18-də Premyer Liqanın 37-ci turu çərçivəsində “Lester Siti” öz meydanında “İpsviç Taun”u qəbul edib.
Aut.az xəbər verir ki, meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi oyunda ilk qolu 28-ci dəqiqədə “Lester”in 38 yaşlı hücumçusu Ceymi Vardi vurub.
Vardi, mövsümün sonunda ayrılacağı klubda 200-cü qolunu vurub.
O, həmçinin 37 yaşdan yuxarı oyunçunun bir mövsümdə vurduğu qolların sayına görə Premyer Liqa rekordunu təkrarlayıb. Vardinin 2024/25 mövsümündə 13 qolu (9+4) var ki, bu da 2003/04 mövsümündə Teddi Şerinqemin rekordu ilə eynidir.
Aut.az
