Klopp vida mərasimində belə ağladı – VİDEO
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp mersisaydlı azarkeşlərlə vida görüşündə təsirli anlar yaşayıb.
Aut.az xəbər verir ki, klub ötən gün Kloppun “Liverpul”dakı karyerasının başa çatması münasibətilə şəhərdə xüsusi vida tədbiri təşkil edib. Tədbirin aparıcısı komediyaçı Con Bişop olub.
Almaniyalı məşqçinin çıxışı zamanı pərəstişkarları onun adını səsləndirməyə başlayıblar. Bu da təcrübəli mütəxəssisin göz yaşlarına səbəb olub.
