Konfrans Liqasında final: “Olimpiakos” “Fiorentina”ya qarşı
Bu gün UEFA Konfrans Liqasının 2023/24 mövsümünün qalibi müəyyənləşəcək.
Aut.az xəbər verir ki, final matçında Yunıstanın “Olimpiakos” klubu İtaliya təmsilçisi “Fiorentina”nı qəbul edəcək. Afinadakı “AEK Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü portuqaliyalı Artur Diaş idarə edəcək.
