Aut.Az xəbər verir ki, 8 qrupda baş tutacaq 16 matçdan sonra pley-offun daha 10 iştirakçısı müəyyənləşə bilər.
A qrupunda İtaliya “Fiorentina”sı, B qrupunda Danimarka “Silkeborq”u, C qrupunda Polşa “Lex”i, D qrupunda Serbiya “Partizan”ı, E qrupunda Niderlandın “AZ Alkmaar” və Ukraynanın “Dnepr-1” komandaları, F qrupunda Norveç “Molde”si, G qrupunda Türkiyə “Sivasspor”u, H qrupunda isə İsveçrə “Bazel”i və Ermənistan “Pünik”i pley-offun bir addımlığındadırlar.
Qeyd edək ki, daha əvvəl Türkiyənin “Başakşəhər”, İngiltərənin “Vest Hem”, İspaniyanın “Vilyarreal” və İsveçin “Yuroqrden” komandaları qrupdan çıxmağı təmin ediblər.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, V tur
27 oktyabr
A qrupu
20:45. “Fiorentina” (İtaliya) – “Başakşəhər” (Türkiyə)
23:00. “Harts” (Şotlandiya) – RFŞ (Latviya)
Xal durumu: “Başakşehir” – 10, “Fiorentina” – 7, “Harts” – 3, RFŞ – 2
B qrupu
20:45. “Anderlext” (Belçika) – “Styaua” (Rumıniya)
23:00. “Vest Hem” (İngiltərə) – “Silkeborq” (Danimarka)
Xal durumu: “Vest Hem” – 12, “Silkeborq” – 6, “Anderlext” – 4, “Styaua” – 1
C qrupu
20:45. “Vilyarreal” (İspaniya) – “Hapoel” (Ber-Şeva, İsrail)
20:45. “Austriya” (Vyana, Avstriya) – “Lex” (Polşa)
Xal durumu: “Vilyarreal” – 12, “Lex” – 5, “Hapoel” – 3, “Austriya” – 1
D qrupu
20:45. “Slovaçko” (Çexiya) – “Köln” (Almaniya)
20:45. “Nitsa” (Fransa) – “Partizan” (Serbiya)
Xal durumu: “Partizan” – 8, “Nitsa” – 5, “Köln” – 4, “Slovaçko” – 4
E qrupu
20:45. “Vaduts” (Lixtenşteyn) – “AZ Alkmaar” (Niderland)
23:00. “Dnepr-1” (Ukrayna) – “Apollon” (Limassol, Kipr)
Xal durumu: “AZ Alkmaar” – 9, “Dnepr-1” – 7, “Apollon” – 4, “Vaduts” – 2
F qrupu
23:00. “Molde” (Norveç) – “Yurqorden” (İsveç)
23:00. “Şemrok Rovers” (İrlandiya) – “Gent” (Belçika)
Xal durumu: “Yurqorden” – 10, “Molde” – 7, “Gent” – 4, “Şemrok Rovers” – 1
G qrupu
23:00. “Balkani” (Kosovo) – “Slaviya” (Praqa, Çexiya)
23:00. “Sivasspor” (Türkiyə) – ÇFR (Rumıniya)
Xal durumu: “Sivasspor” – 7, ÇFR – 7, “Slaviya” – 4, “Balkani” – 4
H qrupu
23:00. “Bazel” (İsveçrə) – “Jalgiris” (Litva)
23:00. “Slovan” (Bratislava, Slovakiya) – “Pünik” (Ermənistan)
Xal durumu: “Bazel” – 7, “Pünik” – 6, “Slovan” – 5, “Jalgiris” – 4