İngiltərə

Qvardiolanı ələ saldı: Bir az da ağla

Jurnalist və teleaparıcı Pirs Morqan İngiltərə kubokunun “Çelsi” ilə oyunundan (1:0) sonra təqvimdən şikayət edən “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı tənqid edib.

Aut.az xəbər verir ki, Qvardiola çərşənbə günü “Real”a qarşı Çempionlar Liqasının 1/4 final oyununa çıxmalarına baxmayaraq, şənbə günü İngiltərə Kubokunda oynamalarından narazılıq edib.

“Oh, bir az da ağla, Pep. Hər mövqedə iki dünya səviyyəli oyunçunuz var ki, onlara Yaxın Şərq milyonları ödənilir, lakin siz həddən artıq çox oyundan şikayətlənirsiniz”, – Morqan özünün “X” hesabında yazıb.

İngiltərə çempionatının 29-cu turunda “Mançester Siti” “Brayton”la qarşılaşacaq. Qarşılaşma aprelin 25-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Aut.az