İngiltərə

Sona qarşı bu zarafatı başına bəla oldu: İrqçilikdə ittiham olunur

İngiltərə Futbol Assosiasiyası (FA) “Tottenhem”in 27 yaşlı yarımmüdafiəçisi Rodriqo Bentankuru komanda yoldaşı Son Hın Minin ünvanına etdiyi irqçi zarafatda ittiham edib.

Aut.az xəbər verir ki, bu barədə FA-nın rəsmi nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Xatırladaq ki, ötən ilin iyun ayında teleaparıcının Bentankurdan Sonun formasını istəməsi ilə bağlı video yayılıb. Cavabında uruqvaylı futbolçu belə cavab verib: “Sonni? Bu, Sonninin əmisi oğlunun forması ola bilər. Hamısı eyni görünür”.

FA bəyanatında vurğulayıb ki, Bentankur media ilə danışarkən təhqiredici, ayrı-seçkilik yaradan dildən istifadə etdiyi üçün qeyri-münasib davranışda ittiham olunub.

Yarımmüdafiəçinin ittihamlara cavab verməsi üçün sentyabrın 19-dək vaxtı var.

Aut.az