Dünya futboluİngiltərə

“Liverpul”un əfsanəsi də Ərəbistana getdi

“Liverpul”un əfsanəvi hücumçusu, hazırda məşqçi kimi çalışan  Robbi Fauler Səudiyyə Ərəbistanında işləyəcək.

Aut.az xəbər verir ki, Fauler bu ölkənin ikinci divizionunda çıxış edən “Əl Qadisiyah”ın baş məşqçisi vəzifəsinə keçib.

Bu barədə Yaxın Şərq klubunun mətbuat xidməti məlumat yayıb.

“Robbi Fauler… “Liverpul” və İngiltərə Premyer Liqasının ən məşhur oyunçularından biridir. Hazırda o, “Əl-Qadisiya”nın baş məşqçisidir”, – deyə klubun açıqlamasında bildirilir.

48 yaşlı mütəxəssis daha əvvəl “Muangthong United” (Tayland), “Brisbane Roar” (Avstraliya) və “East Benqal” (Hindistan) kimi komandalarda çalışıb. O, məşqçilik karyerasına 2011-ci ildə başlayıb, lakin 2012-2019-cu illər arasında fasilə verib.

Aut.az