İngiltərə

“10-15 “yeni Messi” vardı, hamısı yoxa çıxdı”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Lionel Messi haqda danışıb.

Aut.az xəbər verir ki, Pep Messi ilə heç kimin müqayisə olunmadığını bildirib. O, “Leonu Erlinq Halandla müqayisə edin” deyiləndən sonra belə cavab verib:

“Heç kim Messi ilə müqayisə olunmaz. O qədər “yeni Messi” var idi, 10-15, amma hamısı yoxa çıxdı. İndi bizdə bütün suallar Halandla bağlıdır. Amma yaxşı ki, komanda yoldaşları bunu anlayışla qəbul edirlər.

Məsələn, Kevin müstəsna insandır və o, Erlinqin burada olmasından məmnundur. Bu, bütün “Siti” oyunçularına aiddir”.

Aut.az