İngiltərə

3 aylıq sıradan çıxdı

“Brayton”da icarə əsasında çıxış edən “Barselona”nın hücumçusu Ansu Fati “Nottingem Forest”lə oyunda (3:2) zədələnib.

Aut.az xəbər verir ki, ispaniyalı hücumçuya baldır əzələsinin zədələnməsi diaqnozu qoyulub. “Brayton”un baş məşqçisi Roberto De Zerbi artıq Fatinin uzun müddətə sıradan çıxdığını təsdiqləyib.

“Mundo Deportivo”nun məlumatına görə, Fatinin sağalma müddəti təxminən 3 aya yaxın vaxt alacaq.

21 yaşlı forvard bu mövsüm Premyer Liqada 9 oyun keçirib və 2 qol vurub.