Səhvlərindən danışdı, onu müdafiə etdi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq qapıçı Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Qalatasaray”la oyununda (3:3) Andre Onananın etdiyi kobud səhvlərdən danışıb.
Aut.az xəbər verir ki, o, futbolçusunu müdafiə edib:
“Andre yaxşı qapıçıdır. Söhbət fərdlərdən getmir. Əlbəttə ki, futbolda fərdi səhvlər fərq yarada bilər. Bunun üçün məsuliyyəti öz üzərinə götürürsən, amma bu həmişə komandaya aiddir. Bu komanda və heyətdəki bütün oyunçular yaxşıdır. “Mançester Yunayted” də oynamağa layiqdirlər. Çünki onlar parlaq oyunçulardır. Bu, bütün komanda üçün vacibdir”.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 4 xalla Çempionlar Liqasının qrupunda sonuncu yerdədir.
