İngiltərə

Anasına deyir ki, o şərhləri oxumasın

“Aston Villa”nın  qadın komandasının ulduzu Alişa Lemann anasından xahiş edir ki, sosial şəbəkələrdə yazılan şərhləri oxumasın.

Aut.az xəbər verir ki, Alişa şəbəkələrdə daim təhqiramiz şərhlərin yazıldığını bildirib.

“Futbolu kişi idmanı hesab etdikləri üçün qadınların futbol oynamasını dəstəkləməyənlər həmişə var. Tez-tez deyirlər: “Qadınlar futbol oynaya bilməz, onların yeri mətbəxdir”.

Amma bu insanlar bir dəfə də olsun qadınların oyununa  baxmayıblar. Problem ondadır. Onlar həyatda sadəcə darıxırlar və nəyinsə xətrinə nəsə yazırlar. Kompüterdə nəsə yazmaq həmişə asandır. Düşünmürəm ki, insanlar bizim oyunçuların qarşısında durub “Sən oynamağı bacarmırsan” deyə bilərlər.

Düzünü desəm, insanların bu cür davranışları məni heç maraqlandırmır. Sadəcə bu şərhləri oxumamağa çalışıram. Bu, mənim ailəm üçün daha çox problem yaradır. Bəzən anam mənə təhqiramiz şərhləri göstərəndə utanıram, ona deyirəm: “Bunu oxuma, mən bunu heç vaxt oxumazdım”, – deyə “Daily Mail” Alişadan sitat gətirib.

Aut.az