İngiltərə

“Siti”də yeni transferlər olacaq? – Qvardiola açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının transfer siyasətindən danışıb.

Aut.az xəbər verir ki, o, braziliyalı yarımmüdafiəçi Savionu keçidindən sonra “şəhərlilər” yay transfer pəncərəsində hər hansı yeni transfer planlaşdırmadığını deyib.

“Saviodan sonra yeni gələnlər olacaqmı? Əgər kimsə bizi tərk edirsə, bu mümkündür. Amma heç kim getməsə, düşünürəm ki, komanda indiki formasında qalacaq”, – deyə Qvardiola “The Telegraph”a bildirib.

Qvardiola həmçinin “Əl-İttihad”ın heyətinə qatmağa çalışdığı əsas qapıçısı Edersonun Mançester klubunu tərk etməyəcəyinə ümid etdiyini söyləyib.

Aut.az