İngiltərə

Bu 3 futbolçu satış üçün hazırdır

“Mançester Yunayted” qış transfer pəncərəsi zamanı komandanın bir sıra məşhur futbolçuları üçün təklifləri dinləməyə hazırdır.

Aut.az xəbər verir ki, yarımmüdafiəçi Kazemiro, müdafiəçi Rafael Varan və hücumçu Ceydon Sanço qışda satıla bilər. Bu barədə “İndependent” məlumat yayıb.

Mənbənin sözlərinə görə, baş məşqçi Erik ten Haq komandanın tərkibinin onun yanaşmasına tam uyğun olduğundan əmin olmaq istəyir. Kasemiro, Rafael Varan və Sanço  transfer üçün hazırdır, lakin heyətdəki digər oyunçular üçün təklif alınarsa, klub daha çevik olacaq.

“Mançester Yunayted” rəhbərliyi də hesab edir ki, Ten Haq hələ də sələflərinin tabeliyində olan bəzi oyunçularla məşğuldur.

Bu o demək deyil ki, transfer üçün hazır olan bütün futbolçuların niderlandlı məşqçi ilə problemi var. Məsələn, ötən mövsümün kəşfi sayılan Kazemironun mütəxəssislə heç bir problemi yoxdur, amma Ten Haqın fərqli tipli yarımmüdafiəçiyə ehtiyacı var. Karyerasının bu mərhələsində braziliyalı həm də komanda dəyişməyə hazırdır.

Xatırladaq ki, “Mançester Yunayted” hazırda 15 oyununda 27 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Aut.az