“Aston Villa” yeni sponsoru BK8 ilə bağlı tənqidlərlə üzləşib.
Aut.az xəbər verir ki, Birmingem təmsilçisinin azarkeşləri mübahisəli tərəfdaş seçimindən narazı olduqlarını bildiriblər. Buna səbəb Çində qeydiyyatda olan bukmeker şirkətinin reklamlarda erotik səhnələrdən istifadə etməsidir.
“Aston Villa”nın fanat-məsləhət qrupu tərəfindən qaldırılan etirazlara baxmayaraq, rəhbərlik BK8 ilə üç illik müqavilə bağlayıb. Bu əməkdaşlıq hər mövsüm üçün kluba 5 milyon funt sterlinq qazandıracaq.
Artıq qadın fanatlar pornoya meyilli sponsora qarşı etirazlara başlayıblar. Azarkeşləri narahat edən məqam isə rəhbərliyin siyasətidir. Sözügedən şirkət daha əvvəl “Norviç” klubunun titul sponsporu olub. Ancaq azarkeşlərin etirazından sonra “sarı-yaşıllar” müqaviləyə xitam veriblər. İndi “Aston Villa” fanatlarına qəribə gələn məqam odur ki, klub rəhbərliyi “Norviç”in başına gələnlərdən və atılan addımdan dərs çıxarmayıb.
Fanatlar qəti şəkildə üzərində pornoqrafiyanı təbliğ edən şirkətin reklamı olan formaları almayacaqlarını bildiriblər.