Messinin dostunu da gətirdilər
“İnter Mayami” “Barselona”nın daha bir sabiq üzvünü heyətinə qatıb.
Autaz xəbər verir ki, MLS təmsilçisi Serxio Busketsin keçidini açıqlayıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. Sözləşmənin digər detalları açıqlanmayacaq.
Buskets burada “Barsa”dakı sabiq komanda yoldaşı və dostu Lionel Messi ilə birgə çıxış edəcək.
“İnter Mayami” Busketsdən başqa, Xordi Albanı da heyətə cəlb edə bilər. “Barselona”nın daha bir sabiq üzvü “İnter Mayami” ilə danışıqları davam etdirir.

