Mas onu belə salamladı
“İnter Mayami”nin prezidenti və ortaq sahibi Xorxe Mas Lionel Messini MLS-də salamlayıb.
Şənbə günü “İnter Mayami” argentinalının transferini rəsmən elan etdi. Messinin MLS klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.
“Leo Messi və ailəsini yeni evlərində salamlamaqdan şərəf duyuram.
2018-ci ildə dünyanın ən yaxşı oyunçularını cəlb edəcək iddialı klub quracağımıza söz vermişdik. ABŞ-da dünyanın futbola baxışını dəyişəcək və futbolla bağlı hər söhbətin mövzusu olacaq klub.
Bizə daim inanan azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Biz birlikdə xəyalları gerçəkləşdirməyə davam edəcəyik”, – deyə Mas bildirib.
Aut.az
