“Neftçi” Bordoda bu komandalarla qarşılaşacaq
19-20 iyul tarixlərində Fransanın Bordo şəhərində 14 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.
Aut.az xəbər verir ki, Bordo mərhələsində iştirak edəcək təmsilçimiz “Neftçi” C qrupunda Fransa və Polşa milliləri ilə mübarizə aparacaq.
“Neftçi” qrupda ilk oyununu 19 iyul saat 21:35-də Fransa seçməsinə qarşı keçirəcək.
Qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
