Fanat əfsanəni məhkəməyə verir: Aldadıb
“Los Anceles Leykers”in azarkeşi Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu və “Leykers”in lideri Lebron Ceymsi məhkəməyə verib.
Aut.az xəbər verir ki, TMZ-nin məlumatına görə, fanat əfsanəvi basketbolçunu “İkinci qərar” reklamına görə bu addımı atıb. O, basketbolçunun bu reklamının onu aldatdığını iddia edir.
Oktyabrın 7-də Ceyms hansısa qərar barədə anons verib və sonradan bunun spirtli içki reklamı olduğu ortaya çıxıb.
Bu anonsda basketbolçunun karyerasını bitirə biləcəyi və ya NBA-da vida mövsümünü keçirə biləcəyi ehtimal edilirdi. Azarkeş iddia edir ki, bu səbəbdən “Los Anceles Leykers”in qarşıdakı oyununa iki bileti baha qiymətə alıb. İndi o, həmin biletlərin dəyərini itirdiyinə inanır və Ceymsdən 856 dollar təzminat tələb edir.
Aut.az
