Dünya cempionatıDünya futbolu

İnfantino amerikalılara nəyi sübut etməyə çalışır? – Onlar bunu görmürlər

FİFA prezidenti Canni İnfantino ABŞ-da futbolun gənclər arasında populyarlaşdırılmasını klublararası dünya çempionatı və 2026-cı il Dünya Çempionatının əsas məqsədlərindən biri adlandırıb.

Aut.az xəbər verir ki, “The Athletic”in yaydığı açıqlamada İnfantino bildirib:

“Klublararası dünya çempionatı və onun ardınca gələn 2026-ci il Dünya Çempionatı gənc amerikalılara göstərməlidir ki, əgər istedadlı və bacarıqlısansa, başqa idman növlərinə keçməyə ehtiyac yoxdur. Futbol vasitəsilə həm şöhrət, həm də maddi qazanc əldə etmək mümkündür.

Siz məşhur ola bilərsiniz. Siz varlana bilərsiniz, əgər futbol yolunu seçsəniz. Bu, elə bir yoludur ki, bu gün amerikalı gənclər onu çox da görmür. Onlar NFL-i, NBA-nı, beysbolu və ya hokkeyi görürlər. Amma biz onlara, burada – öz ölkələrində futbolun gücünü göstərəcəyik”.

Aut.az