Dünya futbolu

Musa Qurbanlı oynadı?

Azərbaycan millisinin forvardı Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatında növbəti görüşünə çıxıb.

Aut.az xəbər verir ki, onun komandası 6-cı turda QAİS-lə üz-üzə gəlib.

Görüş “Yurqorden”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa matçın 80-cı dəqiqəsində meydana buraxılıb.

“Yurqorden” 10 xalla 4-cü pillədə qərarlaşıb.