Dünya futbolu

Ərəblər “Liverpul”un əfsanəsini qovdular

“Liverpul”un əfsanəvi hücumçusu, Premyer Liqa tarixinin 8-ci bombardiri Robbi Fauler “Əl-Qadisiyyə”nin baş məşqçisi postundan qovulub.

Aut.az xəbər verir ki, 48 yaşlı mütəxəssis klubda 4 ay işlədikdən sonra qovulub. Çempionatın 8 turundan sonra topladığı 20 xalla “Əl-Qadisiyyə” Səudiyyə Ərəbistanının Birinci Divizionunun turnir cədvəlində lider “Əl-Orubaha”dan bir xal geri qalaraq 2-ci yerdədir.

“Əl-Qadisiyyə”nin yeni baş məşqçisi son iş yeri Yunanıstan “Olimpiakos”u olan “Real”ın və İspaniya millisinin sabiq futbolçusu Miçeldir.

Aut.az