Dünya futbolu

Mourinyo və Alleqri: Bu klubun əsas prioriteti onlardır

“Əl-İttihad” görkəmli mütəxəssisi məşqçi postuna dəvət etmək istəyir.

Aut.az xəbər verir ki, “Maisfutebol”un məlumatına görə, Səudiyyə klubu Joze Mourinyo və ya  Massimiliano Alleqrinin təyinatı ilə bağlı variantları nəzərdən keçirir. Onlar prioritet namizədlərdir.

Portuqaliyalı namizədi “Əl-İttihad”ın idman  direktoru Ramon Planes dəstəkləyir.

Qeyd olunur ki, Marselo Qallyardo Ciddə klubunun baş məşqçisi vəzifəsindən azad edilsə də, hələlik lazımi sənədləri imzalamayıb.

Aut.az