Onu transferə görə qaçırıblar: Dəhşətli hadisəni illər sonra açıqladı
Bolqarısan futbolunun əfsanəsi Dimitar Berbatov bu yaxınlarda Rio Ferdinandın podkastında öz həyatından dəhşətli epizodu paylaşıb.
Aut.az xəbər verir ki, bu, Dimitarın 18 yaşı olanda və Sofiya CSKA-sında oynayanda baş verib. Komanda yoldaşı ona dostunu ziyarət etmək üçün onunla getməyi təklif edib. Berbatovun sözlərinə görə, bu dost bədnam mafiya başçısı Georgi İliyevin şəriki olub.
“Təbii ki, bir az sadəlövh idim. Yaxud da eyni komandada oynadığımız üçün ona güvəndim. Ona görə də onun maşınına mindim. O, məni restorana apardı. Bir stolda bir oğlan oturmuşdu. Digər üç masada isə onun arxasında iri, tipik balkanlı oğlanlar oturmuşdu və onlar qorxulu görünürdülər”, – o vurğulayıb.
“Məni ora gətirən şəxs “gəl bura, otur” kimi bir söz dedi. Oturub fikirləşirəm ki, nə baş verir, atama zəng etməliyəm.
“Biz səni komandamızda istəyirik. Səni götürməliyik” dedim. Mən isə dedim ki, amma mən CSKA Sofiya-da oynayıram. Orda hər şey xoşuma gəlir. Dedi ki, biz bunu həll edəcəyik, narahat olma. Orada iki-üç saat oturdum və nəhayət, icazə verdilər ki, atama zəng edim” – Dimitar davam edib.
Görünür, onlar bu hədə-qorxudan heç vaxt qazana bilməyiblər, çünki CSKA-dan sonra Berbatov 2001-ci ildə “Bayer”ə keçib.
Aut.az
