“Qarabağ”ın rəqibinin super istedadı hansı kluba keçir?
Fransanın “Lion” klubunun yarımmüdafiəçisi Rayan Şerki “Liverpul”a keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Liverpool Echo” məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi Fransa klubunun böyük maliyyə problemləri üzündən komandanı tərk edə bilər. Onun uğrunda bir çox nəhənglər rəqabət aparsa da, “qırmızılar” ən çox maraqlanan klublardandır.
Bu mövsüm Rayan Şerki 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Lion” Avropa Liqasında “Qarabağ”ın rəqibidir.
Aut.az
