Dünya futbolu

Rusiyada hakim həbs edildi

Futbol hakimi Yeqor Yeqorov “Torpedo” işi” ilə əlaqədar saxlanılıb.

Aut.az xəbər verir ki, 18 dekabrda hakim Rusiyanı tərk etməyə cəhd edib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları buna mane olublar. Bu barədə jurnalist İvan Karpov özünün Telegram kanalında məlumat verib.

Daha əvvəl xəbər verildiyi kimi, “Torpedo”nun həmtəsisçisi Leonid Sobolev hakimə rüşvət verməyə cəhddə günahını etiraf edib. Müstəntiqlərin sözlərinə görə, bu ilin mart-may ayları arasında Sobolev və Moskva komandasının direktoru Valeri Skorodumov “Torpedo”nun oyunlarını idarə edən baş hakimə komandalarının qələbəsini təmin etmək, rəqibin qapısına penalti təyin etmək və ya oyunçusunu meydandan qovmaq üçün 1 milyon rubl təklif ediblər.

Aut.az