Tokayevə İspaniya nəhəngindən hədiyyə göndərildi – FOTO
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Madridin “Atletiko” klubunun prezidenti Enrike Serezo ilə görüşüb.
Aut.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Digər məsələlərlə yanaşı, tərəflər Almatı vilayətinin Talqar şəhərindəki “Akbulak” Olimpiya Mərkəzinin bazasında “Atletiko” futbol akademiyasının açılması məsələsini müzakirə ediblər.
“Sereso bildirib ki, “Atletiko” futbol akademiyaları dünyanın bir çox ölkəsində açılıb. Akademiya istedadlı futbolçuların yetişdirilməsi ilə yanaşı, onların dünya futbol liqalarına çıxarılması üçün qabaqcıl təcrübənin tətbiqinə, məşqçi və mentorların ixtisaslarının artırılmasına diqqət yetirir”, – məlumatda deyilir.
Görüşün sonunda Serezo Tokayevə klubun futbolçularının avtoqrafı olan “Atletiko” futbolkasını hədiyyə edib.

Aut.az
