Dünya futbolu

Ronaldonun bu ölkədəki oteli yandı – VİDEO

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun Mərakeşdəki otelində yanğın baş verib.

Aut.az xəbər verir ki, hadisə nəticəsində “Pestana CR7” adlı mehmanxanaya ciddi ziyan dəyib. Xoşbəxtlikdən şəxsi heyətin və yanğınsöndürənlərin çevik hərəkəti nəticəsində xəsarət alan olmayıb.

Yanğın boş otaqda başlayıb. Ehtimal edilir ki, qısaqapanmadan olub. Faktla bağlı araşdırma aparılır.

“Pestana CR7” otelləri Portuqaliyada (Funşal və Lissabon), İspaniyada (Madrid), Fransada (Paris), İngiltərədə (Mançester) və Mərakeşdə (Marakeş) yerləşir.