Dünya futbolu

Bir dam altında iki dahinin adı olacaq

Doğma klubu “Nyuells Old Boyz”un stadionunda yeni tribuna “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin adını daşıyacaq.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Xatırladaq ki, stadionda artıq 1993/1994 mövsümündə klubda çıxış etmiş əfsanəvi futbolçu Dieqo Maradonanın adına tribuna var.

“Bu gün “Koloso” öz tarixində yeni səhifə yazır. İlk dəfə olaraq futbol tarixində iki ən böyük ad bir dam altında olacaq – bizimkilər”, – “Rosario” klubu bildirib.

Messi altı yaşında “Nyuells”ə keçib və 13 yaşında “Barselona”ya keçməzdən əvvəl bu klubun gənclər komandalarında oynayıb.

Aut.az