Verdiyi vədi yerinə yetirməyib, prezident əsəbiləşib
PSJ-nin prezidenti Nasser Al-Xəlaifi Kilian Mbappeyə əsəbiləşib .
Aut.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Mənbənin məlumatına görə, Mbappe avqustda Əl-Xəlayfiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını “Real”lda davam etdirmək qərarı PSJ prezidentini qəzəbləndirib.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
Bu mövsüm Mbappe bütün turnirlərdə 42 matçda iştirak edib, 41 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
