Dünya futbolu

“İnter Mayami”nin lideri komandanı azad agent kimi tərk edir – FOTO

“İnter Mayami”nin 30 yaşlı venesuelalı hücumçusu Josef Martines klubu azad agent kimi tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio  Romano məlumat verib. Mənbənin sözlərinə görə, artıq tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.

Martines və “İnter Mayami” arasındakı müqavilə 2023-cü ilin sonuna qədər nəzərdə tutulub.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 4 milyon avrodur.

Bu mövsüm Martines “İnter Mayami”nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

“İnter Mayami”nin lideri komandanı azad agent kimi tərk edir – FOTO

Aut.az