Dünya futbolu

Şeydayev oynadı?

Azərbaycan millisinin vingeri Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tayland çempionatında növbəti matçını keçirib.

Aut.az xəbər verir ki, həmin komanda 6-cı turdan təxirə salınmış görüşdə “Banqkok Yunayted”in önünə çıxıb.

Şeydayevin komandası 1:0 qələbə qazanıb. Millimizin üzvü bu oyunda da meydana çıxmayıb. Onun adı iştirak ərizəsinə daxil edilməyib.

“Buriram Yunayted” 30 xalla 2-ci pillədədir.