Fenomenal nəticə: Bu futbolçu 70 oyundur məğlubiyyət üzü görmür
Aprelin 28-də Premyer Liqanın 35-ci turunun matçında “Mançester Siti” səfərdə “Nottingem Forest”i 2:0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçi Rodri bütün oyunu meydanda olub.
O, unikal nəticə ilə tarixə düşüb. Rodri “Mançester Siti”nin heyətində bütün yarışlarda keçirdiyi son 70 oyunda məğlubiyyət yaşamayıb. Fenomenal seriya Premyer Liqa klublarının oyunçuları üçün rekorddur.
Aut.az
