İngiltərəİspaniya

Alonso üçün sürpriz təklif

Xabi Alonso “Çelsi”nin növbəti baş məşqçisi kimi nəzərdən keçirdiyi üç namizəddən biridir.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Alonso ilə yanaşı, London klubu “Fulhem”in məşqçisi Marko Silva və mövsümün sonunda “Bornmut”dan ayrılacaq Andoni İraola ilə də maraqlanır. “Çelsi”nin hər üç mütəxəssislə danışıqlar aparmağı planlaşdırdığı bildirilir.

Alonsonun son iş yeri “Real Madrid” olub. İspaniyalı mütəxəssis “Los Blancos”a 2025-ci ilin yayından 2026-cı ilin yanvarına qədər rəhbərlik edib. London klubu daha əvvəl Liam Rosenioru baş məşqçi vəzifəsindən kənarlaşdırıb.

Aut.az